“Kamal Abdulladan sonra BSU-da qalmağı lazım bilmədim” - Salam Sarvan

3 Mart 2014 14:48 (UTC+04:00)
"Kamal Abdullanın yeni vəzifəyə təyinatından sonra BSU-da qalmağı lazım bilmədim".

Bu sözləri AzNews.az-a tanınmış şair Salam Sarvan BSU-nu tərk edib, 1937.az saytında redaktor kimi fəaliyyətə başlaması haqda danışarkən deyib.

Onun sözlərinə görə, Bakı Slavyan Universitetindən çıxmamışdan əvvəl də 1937.az saytı ilə əməkdaşlıq haqqında razılıq verib:

"Yəni həm universitetdə çalışa-çalışa, həm də saytla əməkdaşlıq edəcəkdim. Lakin Kamal Abdullanın universiteti tərk etməsi də mənim qərarımı qətiləşdirdi".

Xatırladaq ki, tanınmış şair Salam Sarvan BSU-nun nəşriyyatına rəhbərlik edirdi. Onun dostluq münasibətində olduğu universitetin rektoru Kamal Abdulla Prezidentin sərəncamı ilə vəzifədən azad olunaraq, Dövlət müşaviri təyin edilib.

İlqar
AzNews.az