Sınaq imtahanlarına start verildi

25 Avqust 2012 08:36 (UTC+04:00)
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya hazırlaşan namizədlərə kömək məqsədi ilə baza fənləri üzrə sınaq imtahanı keçirir.

TQDK-nın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, imtahanda iştirak etmək istəyən namizədlər avqustun 13-dən etibarən internet vasitəsi ilə qeydiyyatdan keçiblər. Sabah isə ixtisas fənlərindən rezidenturaya sınaq imtahanları keçiriləcək. Sınaq imtahanları Bakı şəhərində keçirilir.

Başqasının şəxsiyyət vəsiqəsi ilə yazılmış namizədlər imtahan binasına buraxılmayacaqlar. İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır. Sınaq imtahanları namizədlərə biliklərini yoxlamaqda, ümumi hazırlıq səviyyələrini müəyyən etməkdə yardımçı olacaq.

İmtahanlarda iştirak edən namizədlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq və ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirə bilərlər.

İlkin
AzNews.az