Rusiya ABŞ-dakı səfirini geri çağırır - VİDEO

3 Mart 2014 19:31 (UTC+04:00)
Krım ətrafinda cərəyən hadisələr barədə həyəcanlı xəbərlər gəlməkdədir. Ukrayna müdafiə nazirliyi Rusiya qırıcılarının Ukraynanın hava məkanını pozduğu barədə məlumat verib.

Məlumatda deyilir ki, hərbi təyyarələr Qara dəniz üzərində uçaraq iki dəfə Ukrayna ərazisinə daxil olub. "Rusiya tərəfdən hər hansı bir təxribatın qarşısını almaq üçün Ukraynanın SU-27 təyyarəsi havaya qaldirılıb". Rusiya tərəfi faktla bağlı şərh verməyib.

Bu arada Donetsk şəhərində rusiyayönümlü etirazçılar aksiya keçirərək şəhər icra hakimiyyətinin binasının birinci mərtəbəsini ələ keçirib. "Reuters"in məlumatına görə, aksiya iştirakçıları birinci mərtəbəyə daxil olub, lakin liftlər işləmədiyindən yuxarı mərtəbələrə çıxa bilməyiblər. 11 mərtəbəli inzibati üzərində artıq 3 gündür ki, Rusiya bayrağiı dalğalanır.

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi ölkənin ABŞ-dakı səfirinin geri çağırılması xahişi ilə prezident Vladimir Putinə müraciət qəbul edib. "İnterfaks" agentliyinin məlumatına görə yekun qərarı ölkə başçısı siyasi durumdan asılı olaraq verəcək. Səfirin geri çağırılmasına səbəb ABŞ prezidenti Barak Obama Ukraynadakı duruma dair bəyanatları olub. Ağ evin rəsmi saytında bildirilib ki, Rusiya Krıma 6 minliq qoşun yeridib və bununla da nəzarəti tam ələ keçirib. Bu səhər isə daha br hərbi hissənin ələ keçirib. Orada növbə çəkən silahlılar özünü Krım qvardiyası adlandırır. Bu arada ABŞ hökuməti Ukraynaya hərbi müdaxilə edən Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqinə başlayıb. Vaşinqtona əvvəlcədən planlaşdırılan Rusiya nümayəndə heyətinin Birləşmiş Ştatlar ərazisinə girişi qadağan edilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Krımda qərarlaşan Qara dəniz donanmasına qarşı təxribatların ola biləcəyini istisna etməyib. Lavrov, həmçinin, qərb ölkələrini Ukrayndakı vəziyyətlə əlaqədar Rusiyanı sanksiya və boykotlarla hədələməməyə çağırıb.

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq Rusiyanın Krıma mümkün təcavüzünü "İyirmi birinci əsrin ən böyük böhranı" kimi dəyərləndirib. Xüsusi statusa malik Simferopol şəhərinin Krım muxtar respublikası ərazisinə daxil edilməsilə bağlı məsələ gündəmə gətirilib. Hansı ki, bu şəhərdə strateji obyektlərə nəzarəti Rusiya hərbçiləri həyata keçirir. Yaxın vaxtlar Krımın Moskva saatına keçməsi gözlənilir. Rus ordusunun yarımadada mövcudluğunu dəstəkləyənlər kimi, buna qarşı çıxanlar var.

Simferopol sakini, Timur Şatalov: "Onlar Krıma bizi son zamanlar regionda sürətlə yayılan qərbi Ukrayna faşizmindən müdafiə etmək üçün gəlib. Mən fikirləşirəm ki, biz onlara sülhməramlılar deyə bilərik".

Odessada isə mitinq iştirakçıları şəhər şurasının binasını ələ keçirərək bu şəhərə muxtariyyət verilməsi ilə bağlı təcili referendum keçirilməsini tələb ediblər.

Ukraynanın baş naziri Arseni Yasenyuk Krımı Rusiyaya güzəştə getməyəcəklərini bəyan edib. Rəsmi Kiyev Rusiya təyyarələrinin sərhədləri pozması ilə bağlı xəbərdarlıq edib.

"Exo Moskva" agentliyinin yaydığı xəbərə görə Rusiya Dövlət Duması Krımın Rusiya ərazisinə daxil edilməsi ilə bağlı qanun layihəsini qəbul edib.





AzNews.az