BMT TŞ - sı yaxın saatlarda Ukraynadakı vəziyyəti müzakirə edəcək

3 Mart 2014 21:10 (UTC+04:00)
BMT Təhlükəsizlik Şurasının yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə saat 00:30-da) Ukraynadakı vəziyyətlə bağlı iclası baş tutacaq.

APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, iclas Rusiyanın təşəbbüsü ilə keçiriləcək.

Qeyd edək ki, bu gün bilavasitə yerində vəziyyəti qiymətləndirmək üçün BMT baş katibinin müavini Yan Eliassonun Ukraynaya səfəri gözlənilir.


AzNews.az