Populyar müğənni infarkt oldu

25 Avqust 2012 09:21 (UTC+04:00)
Xalq artisti Səməd Səmədovun duet ortağı müğənni Sevda Əliqızı infarkt keçirib. Bu barədə AzNews.az-a müğənninin özü məlumat verib.

S.Əliqızı bildirdi ki, həkim ona bir müddət səhnəyə çıxmamağı, mikrofondan uzaq olmağı qadağa qoyub. Müğənni hələ bundan 3 ay sonra duet ortağı Səməd Səmədovu intizarda qoyacaq: "Allah Səməd müəllimin canını sağ etsin.

Xəstələnəndə mənə hər gün baş çəkirdi. Bəzən imkan tapa bilməyəndə telefondan əlaqə saxlayıb hal-əhval tuturdu. Hələ ondan başqa bir çox müğənni həmkarlarım məni tək buraxmadı. Xəstəliyi Allah heç kəsə nəsib etməsin". Qeyd edək, hazırda S.Əliqızı həkim müayinəsi altındadır.

Lalə
AzNews.az