Qəbələdə yenidən zəlzələ

4 Mart 2014 08:57 (UTC+04:00)
Qəbələdə yenidən zəlzələ olub.

AzNews.az Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 08:16:14-də Qəbələdən 11 km şimal-şərqdə, yerin 5 km dərinliyində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bala yaxın, yaxın yaşayış məntəqələrində 3 bala yaxin hiss olunub. Tikililərdə dağıntı yoxdur.

Qeyd edək ki, bu Qəbələdə son bir həftə ərzində baş vermiş üçüncü zəlzələdir.

AzNews.az