DSMF sədri 8 rayonun sakinləri ilə görüşəcək

4 Mart 2014 09:15 (UTC+04:00)
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev martın 12-də DSMF-nin Saatlı rayon şöbəsinin inzibati binasında Saatlı, Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

DSMF-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34;
Saatlı rayon şöbəsində (021) 285-24-55;
Şirvan rayon şöbəsində (021) 215-02-72;
Hacıqabul rayon şöbəsində (021) 204-49-22;
Sabirabad rayon şöbəsində (021) 235-50-56;
Salyan rayon şöbəsində (021) 255-55-84;
Neftçala rayon şöbəsində (021) 263-47-86;
Biləsuvar rayon şöbəsində (021) 295-02-43;
Cəbrayıl rayon şöbəsində (026) 384-62-03.

Qəbulda iştirak edəcək vətəndaşların martın 12-də Fondun həmin rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF-nin Saatlı rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaq.

AzNews.az