Putin hərbi təlimləri dayandırdı

4 Mart 2014 10:27 (UTC+04:00)

Rusiya Ukrayna sərhəddində keçirilən hərbi təlimləri yekunlaşdırıb.

AzNews.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, Rusiya prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı Vladimir Putin hərbi bölmələrə daimi dislokasiya yerinə qaytmaları ilə bağlı əmr verib.

Bundan əvvəl isə V. Putin təlimlərin keçirildiyi Kirilov və Leninqrad vilayətlərindəki poliqona baş çəkərək, hərbi manevrləri izləyib.

Xatırladaq ki, Ukraynada baş verən hakimiyyət dəyişikliyindən dərhal sonra fevralın 26-da Rusiya Qərb və Mərkəzi hərbi dairələri səviyyəsində təlimlərə başladı. Rəsmi Moskvaya yaxın mənbələrin verdiyi məlumatda isə bildirilib ki, bu təlimlər Ukraynaya təzyiq vasitəsi olaraq həyata keçirilib.

Təlimlərdə 150 min şəxsi heyət, 120 helekopter, 880 tank, 80 gəmi və 1200 digər hərbi texnika istifadə olunub.

Məhəmməd
AzNews.az