Con Kerri Kiyevdə- Yenilənib

4 Mart 2014 17:00 (UTC+04:00)
ABŞ-ın dövlət katibi Con Kerri Ukraynaya səfərə gedir.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, dövlət katibi yaxın saatlarda Kiyevə gələcək.

ABŞ-ın Ukraynadakı səfirliyindən jurnalistlərə bildirilib ki, səfər bu gün reallaşacaq. Səfərin sonunda KİV üçün brifinq keçiriləcək.

Səfirlikdən o da qeyd olunub ki, C. Kerrinin səfəri Rusiyanın Ukraynaya təzyiqi və Krımda baş verən son proseslərlə əlaqədardır. C. Kerri Kiyevdə Ukraynanın yeni rəhbərliyi ilə görüşəcək və ictimai təşkilatların nümayəndələri ilə təmasda olacaq:

"Dövlət katibi Ukrayna ilə həmrəyliyini nümayiş etdirəcək və xalqın öz müqəddəratını təyin etmə hüquqna dəstək verəcək". (11.56)

***
ABŞ dövlət katibi Con Kerri Kiyevə gedib.

Onu "Borispol" hava limanında Ukrayna xarici işlər nazirinin səlahiyyətlərini icra edən Andrey Deşitsa, ABŞ-ın Kiyevdəki səfiri Ceffri Payet və ABŞ dövlət katibinin müavini Viktoriya Nuland qarşılayıblar.

Məhəmməd
AzNews.az