İranla bağlı müzakirələrdə fərqli bəyanatlar

25 Avqust 2012 10:00 (UTC+04:00)
İran və AEBA nümayəndələri arasında bu ölkənin nüvə məsələləri ilə bağlı keçirilən müzakirələrin nəticələri barədə fərqli fikirlər yaranıb. Bir günlük müzakirələr zamanı İran nümayəndə heyətinə sədirliyi qurumda bu ölkənin daimi nümayəndəsi Əliəsgər Sultaniyyə edib.

Maraqlıdır ki, AEBA təmsilçisi Herman Nakaertsen qarşıdurma mövzuları olan məsələlərin həll olunmamış qaldığı və müzakirələrin davam edəcəyinə dair heç bir proqramın olmadığını bildirsə də, İran nümayəndə heyəti fərqli bəyatanla çıxış edib. İran tərəfinin nümayəndəsi müzakirələrin nəticələrini müsbət hesab etdiklərini vurğulayıb. Lakin o, bu fikri nəyə əsasən səsləndirdiyinə aydınlıq gətirməyib.

Məlumat üşçün bildirək ki, İran və 5+1 ölkələrin 3 mərhələli müzakirələri İstanbul, Bağdad və daha sonra Moskvada uğursuzluqla nəticələnmişdi. Mütəxəssislər bunları nəzərə alaraq İran və qərb ölkələrinin nüvə proqramı ilə bağlı müzakirələrinin bütün istiqamətdə nəticəsiz sona çatdığını düşünür.

Bu isə münaqişənin diplomatik yollarla həll olunmasına şübhə yaradır. Buna baxmayaraq hələ ABŞ və qərb ölkələri diplomatik səylərin tam tükənmədiyini bildirərək İrandan məntiqi davranış tələb edirlər.

Alpər
AzNews.az