Nərmin Hüseynlinin sağalması üçün daha 100 min lazımdır

4 Mart 2014 13:07 (UTC+04:00)



Xərçəng xəstəliyindən əziyyət çəkən Nərmin Hüseynlinin sağalması üçün daha 100 000 manat lazımdır.

Bu barədə AzNews.az-a Nərmin Hüseynlinin bacısı Mehin Hüseynli deyib.

Onun sözlərinə görə, indiyə kimi klinkaya 31 000 dollar və 15 000 türk lirəsi vəsait xərclənib: "Onu da bildirim ki, bank hesabımda 41 000, "online" ödəmədə isə 16 000 manat var".

Mehin Hüseynli bildirdi ki, Türkiyədəki həkimlərin qənaətinə görə, Nərminin tam sağalması üçün 200 000 avrodan çox pul lazım olacaq:
"İlik nəql edilməsi 60-12 000 manat qiymətləndirib. Hələ ki, gücü antibotik tətbiqi və kimyaterapiya gedir. Əlavə reanimasiyaya düşdükdə günü 5000 dollar olur. Biz isə bu məbləğin yarısını toplaya bilmişik.

Bacımın sağalması üçün əlavə olaraq 100 000 manat lazımdır. Bundan başqa, şəffaflıq üçün "Facebook" səhifəmdə qəbzləri paylaşmışam
İndiyə qədər Nərminə kömək edən hər kəsə təşəkkürümü bildirirəm. Nərmin insanların qayğısını hiss edir və bu, ona yaşamaq uğrunda mübarizədə stimul verir".

Xatırladaq ki, Fevralın 26 –da Xərçəng xəstəliyindən əziyyət çəkən 16 yaşlı Nərmin Hüseynli müalicə almaq üçün həkimlərin və yaxınlarının müşayiəti ilə Türkiyəyə yola salınıb. Onun müalicəsi Türkiyənin "Memorial" xəstəxanasına davam etdirilir.

İlqar
AzNews.az