Azərbaycanda daha bir ana ölümü faktı

4 Mart 2014 15:53 (UTC+04:00)
Azərbaycanın Ağstafa rayonunda ana ölümü qeydə alınıb.

Ağstafa rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, 1988-ci il təvəllüdlü Əhmədova Təranə martın 2-də Ağstafa rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Martın 3-də isə ana dünyasını dəyişib. Hələlik ölümün səbəbləri məlum deyil. Ölümün səbəbləri analitik-tibbi ekspertizanın nəticəsindən sonra məlum olacaq.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərdə bildirilib ki, ölümün səbəbləri hələlik məlum deyil. Faktla bağlı məlumatlar nazirliyin Doğuşayardım Komissiyasına daxil olandan sonra Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində araşdırma aparılacaq. Araşdırmadan sonra hadisənin və ölümün dəqiq səbəbi məlum olacaq.

AzNews.az