Çamadandan çıxan afrikalı - VİDEO

4 Mart 2014 19:30 (UTC+04:00)
İspaniyada gömrük işçiləri "çamadanda səyahət edən" miqrantı saxlayıb.

Belə ki, 19 yaşlı afrikalı çamadanın içərisində İspaniyanın Afrika sahillərində yerləşən Melilya Muxtar Respublikasına keçmək istəyib. Lakin İspaniyanın gömrük işçiləri onun arzusunu ürəyində qoyub.

ANS PRESS-in məlumatına görə, miqrantı çamadanda keçirmək istəyən Mərakeş vətəndaşı hərəkətləri ilə gömrük işçilərini şübhələndirib. Çamadanı yoxlamağa başlayanda mərakeşli qaçmağa çalışıb. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.




AzNews.az