Xaçmazda avtomobil körpüdən aşdı

5 Mart 2014 08:06 (UTC+04:00)
Xaçmazda minik avtomobil körpüdən çaya aşıb.

AzNews.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xaçmaz rayonunda "Hyundai" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq körpüdən çaya aşıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib.

Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış meyiti təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

AzNews.az