Hacı Mirəziz səhhətindən danışdı

5 Mart 2014 12:15 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsi fətva şöbəsinin müdiri, Qazı Hacı Mirəziz Seyidzadə səhhətində yaranan problemlə bağlı mətbuata açıqlama yayıb.

AzNews.az-ın məlumatına görə, Hacı Mirəziz açıqlamasında deyib ki, hazırda özünü daha yaxşı hiss edir: "Allaha şükür olsun ki, huşum özümdədir, heç bir aparata qoşulmamışam və həkimlərin nəzarəti altında müalicəmi davam etdirirəm".

O əlavə edib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə də telefonla danışıb: "Şeyx həzrətləri səhhətimlə maraqlanıb və lazımı köməkliyi göstərib. Tibbi personala, bütün dostlara, qayğıkeş tələbələrimə və xüsusən də diqqətlərinə görə mətbuata təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Hacı Mirəziz Seyidzadə martın 3-də gecə saatlarında beyin-qan dövranının pozulması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Amid
Aznews.az