Mərkəzi Bankdan “Bank of Baku“ ilə bağlı açıqlama

5 Mart 2014 14:32 (UTC+04:00)
Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Mərkəzi Bank tərəfindən guya "Bank of Baku" ASC-nin lisenziyasının geri çağırılması ilə bağlı məlumatlar verilməkdədir.

AzNews.az-ın Mərkəzi Bankın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Mərkəzi Bank bildirir ki, "Bank of Baku" ASC-nin maliyyə vəziyyəti sabitdir, likvidlik mövqeyi yüksəkdir, kapitallaşma səviyyəsi adekvatdır. Bankın əmanətçiləri və kreditorlarının narahatçılığına səbəb ola biləcək heç bir əsas yoxdur.

Bununla əlaqədar, Mərkəzi Bank bir daha bildirir ki, "Bank of Baku" ASC normal fəaliyyətini davam etdirir, bankın lisenziyasının geri çağırılması məlumatı həqiqətə uyğun deyil və bu məsələ ümumiyyətlə gündəlikdə deyildir.

AzNews.az