Üç ölkənin xarici işlər naziri görüşür- Parisdə
5 Mart 2014 15:28 (UTC+04:00)
Fransanın paytaxtı Parisdə Ukrayna, ABŞ və Böyük Britaniya xarici işlər nazirlərinin iştirakı ilə toplantı keçirilir.
AzNews.az-ın məlumatına görə, "Budapeşt Memorondumu"na üzv ölkələrin toplantısı çərçivəsində Parisdə olan hər 3 ölkənin nazirləri Andrey Deşiçya, Con Kerri və Uilyam Heyq yığıncaqda Ukrayna-Rusiya münasibətlərini və Krım Muxtar Respublikasında baş verənləri müzakirə edirlər.
İclas U. Kerrinin sədrliyi ilə keçirilir.
AzNews.az