Mingəçevir su anbarından qadın meyiti tapılıb

5 Mart 2014 18:21 (UTC+04:00)
Mingəçevir şəhərində 75 yaşlı qadın suda boğularaq ölüb.

Mingəçevir şəhər Polis İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün baş verib. Şəhər sakini 75 yaşlı Həsənova Rəfiqə Əsəd qızının meyiti Qaradağ su kanalında Su Elektrik Stansiyasının əməkdaşları tərəfindən aşkarlanıb. Hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir Aran Regional Dalğıc qrupu tərəfindən meyit sudan çıxarılıb. Məlumata görə, R. Həsənova ruhi xəstə olub və iki dəfə intihara cəhd edib.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır.


AzNews.az