Ceçen batalyonu Krımda döyüşə hazırlaşır

5 Mart 2014 18:53 (UTC+04:00)
Çeçen batalyonu "Vostok" Krımdadır. Belə bir iddia ilə Ukrayna mətbuatı çıxış edib.

Belə ki, Krımda Rusiyanın Qara Dəniz Donanmasına aid olmayan hərbi hissələrin əsgərlərinin olduğu bildirilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, Ceçenistanda yerləşən motoatıcı batalyon Krıma gətirilib.

Qeyd edək ki, "Vostok" Çeçenistanın cənubunda çətin topoqrafik və iqlim şəraitində separatçılara qarşı döyüş əməliyyatları ilə məşğul olur.(ANS)