Ermənistanda Putinə qarşı aksiya keçirildi

5 Mart 2014 19:01 (UTC+04:00)
Bu gün Rusiyanın Ermənistandakı səfirliyi qarşısında da aksiya keçirilib.

İrəvanda bir qrup ictimai-siyasi fəal əllərində müxtəlif plakatlar tutaraq Rusiyanın Krımdakı işğalçılıq hərəkətlərinə etiraz bildiriblər.

Bu zaman polislə qarşıdurma yaranıb və nümayişçilərdən bir neçəsi saxlanılıb. Yerdə qalan aksiyaçılar şəhərin mərkəzinə doğru irəliləyiblər (Musavat.com)