Ərdoğandan azərbaycanlı nurçu məmurlara- Qadağa

5 Mart 2014 22:04 (UTC+04:00)
Azərbaycandan olan nurçu məmurların Türkiyəyə girişi yasaqlanır.


"Qafqazinfo" xəbər verir ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın tapşırığına əsasən nurçu təriqətinə xidmət edən azərbaycanlı məmurların siyahısını tərtib edilməsinə başlanıb.

Azərbaycandakı nurçuların dövlət orqanlarında yerləşdirdiyi məmurlar haqqında son informasiyalar da yoxlanılıb nəzərə alındıqdan sonra siyahının Türkiyənin sərhəd-keçid mənttəqələrinə göndərilməsi planlaşdırılır. Bu siyahılara əsasən Azərbaycandakı nurçu məmurların Türkiyəyə gediş-gəlişi yasaqlanacaq. Məlumatı verən mənbə onu da bildirib ki, Türkiyə hökuməti siyahını həm də Azərbaycan iqtidarına göndərmək niyyətindədir.

Qeyd olunur ki, siyahıda Azərbaycanda mühüm vəzifələr tutan şəxslərin adları keçir.


AzNews.az