Ukrayna Rusiya ilə anlaşa biləcəkmi? – Brüsseldə danışıqlar başlayır

6 Mart 2014 11:37 (UTC+04:00)

Bu gün Belçikanın paytaxtı Brüsseldə Ukrayna-Rusiya hökumət nümayəndələri arasında gərginliyin aradan qaldırılmasına dair danışıqlar başlanacaq.

AzNews.az-ın məlumatına görə, iki ölkə arasında vəziyyətin gərginləşməsindən sonra problemin çözülməsi məqsədilə atılan ilk irimiqyaslı addımdır. Rəsmlər arasında görüş Brüsseldə Avropa İttifaqının binasında keçiriləcək.

Bununla bağlı Ukraynanın baş naziri Arsen Yasenyuk öz "Tvitter" səhifəsində isə bildirib ki, xarici işlər nazir Andrey Deşiça ilə birlikdə hazırda Rusiya ilə danışıqların başlanmasını gözləyirlər: "Bu gün Avropa İttifaqında Ukrayna günüdür. Paralel olaraq isə ümidlə Moskva ilə danışıqların başlanmasını gözləyirik".

Məhəmməd
AzNews.az