Həmcinslərini fahişəliyə cəlb edən 3 qadın saxlanıldı

6 Mart 2014 12:45 (UTC+04:00)
Qadınları fahişəliyə cəlb etdiklərinə görə Bakı şəhərinin 3 sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumatlar əsasında İdarə əməkdaşları əməliyyat tədbirləri həyata keçiriblər.

Keçirilən əməliyyat tədbiləri nəticəsində Bakı şəhərinin 3 sakini saxlanılıb. Onların hər üçü qadındır. Bunlar - Rəna Əliyeva, Elnarə Ələsgərova və Rəvşalə Əliyevadır.

Onların gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdikləri məlum olub.

AzNews.az