İlham Əliyev daha bir rektorla bağlı sərəncam imzaladı

6 Mart 2014 16:31 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilsin.

AzNews.az