Azərbaycanla Aİ arasında vizalar sadələşdirildi

6 Mart 2014 23:00 (UTC+04:00)
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında" 2013-cü il noyabrın 29-da Vilnüs şəhərində imzalanmış Saziş təsdiq edilsin.

AzNews.az