Peykimiz vasitəsilə Cənubi Afrika kanallarının sınaq yayımına başlanıldı

7 Mart 2014 08:32 (UTC+04:00)
Azərbaycanın "Azerspace/Africasat-1a" telekommunikasiya peyki vasitəsilə Cənubi Afrika telekanallarınının sınaq yayımına başlanılıb. Bunu Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.

Hazırda Azərbaycan peyki vasitəsilə Cənubi Afrikanın "Fox Entertainment" və "FX Africa" telekanallarının sınaq yayımına start verilib.

"Azerspace/Africasat-1a" peykinin köməyi ilə təqribən 80 televiziya və radiokanal yayımlanır.

AzNews.az