Bakı-Sumqayıt yolunda böyük tıxac

7 Mart 2014 08:56 (UTC+04:00)
Bu dəqiqələrdə tıxac yaranması səbəbindən Bakı-Sumqayıt yolunda hərəkət tamamilə dayanıb.

Modern.az saytı xəbər verir ki, artıq bir saatdan çoxdur həmin yolun xüsusilə paytaxta girişi istiqamətində tıxac daha böyükdür. Qeyd edək ki, Bakı-Sumqayıt yolunda tıxac yaranması birinci hadisə deyil. Ancaq şahidlərin sözlərinə görə, son vaxtlar bugünkü kimi tıxaca rast gəlinməyib.

AzNews.az