Teleaparıcı ilə xalq artisti dalaşdı

7 Mart 2014 09:59 (UTC+04:00)
Aparıcı Mətanət Əliverdiyeva ilə Xalq artisti Məleykə Əsədova arasında mübahisə yaranıb.

"Gündəlik" verilişində n falçılardan bəhs edən teleaparıcı aktrisaya "Verilişlərin birində demişdiniz ki, mənə cadu ediblər, falçı yanında şəklimi gördüm. Yəqin, özünüz falçılara müraciət edirsiniz ki, bunu görmüsünüz" deyə sual ünvanlayıb. M.Əsədovanın cavabından narazı qalan M.Əliverdiyeva isə aktrisaya inanmadığını bildirib.

Xalq artisti Məleykə Əsədova isə AzNews.az-a açıqlamasında bildirdi ki, onun belə mövzulara vaxt ayırmaq istəməyib: "Mən elə bir gün yoxdur ki, tədbirdə olmayım. Kimə qalmaqal lazımdırsa getsin o yanda etsin, məndən uzaq olsun. İşlərim başımdan aşır, belə mövzulara vaxt ayırmağa imkanım yoxdur. Mən xalqın gözü qarşısındayam. Paxıllıq, kin-küdurət, falçı, nə bilim, bunların mənə aidiyyəti olmayan işlərdir".

Bahar
AzNews.az