Əsl erməni həyasızlığı: ”Krım bizim torpağımızdır”

7 Mart 2014 22:58 (UTC+04:00)
Tanınmış ukraynalı sahibkar Qenadi Balaşov Krım küçələrindən özəl reportaj hazırlayıb.

"Axar.az"ın məlumatına görə, o, küçələrdə rus hərbçiləri ilə ünsiyyətində maraqlı olayla üzləşib. Balaşovun suallarına cavab verməyən rus əsgərlərinin "köməyinə" yerli ermənilər gəlib. Hər vəchlə Krımda vəziyyətin normal olduğunu, buradakı xalqların bir-biri ilə mehriban vəziyyətdə yaşadıqlarını anlatmağa çalışan növbətçi ermənilər Krımın Ukraynaya aidiyyətinin olmadığını, hətta bir qədər irəli gedərək, bu torpaqların onlara məxsus olduğunu anlatmağa çalışıblar. Qeyd edək ki, əvvəlcə onları krım tatarları zənn edən Balaşov mübahisə edən şəxslərin ermənilər olduğunu bidikdən sonra ironiya ilə Putinin Krımı da Ermənistan kimi defolt vəziyyətinə gətirəcəyini deyir. Xatırladaq ki, sahibkar, yazıçı və aktiv blogger olan Qenadi Balaşov Rusiya prezidenti Vladimir Putinə qarşı tənqidi fikirləri ilə seçilir. O bildirib ki, Maydan hadisələri mütləq bir gün Rusiyaya da sirayət edəcək.




AzNews.az