Krımda “Bölünməz Ukrayna” mitinqi keçirilib - VİDEO

8 Mart 2014 19:38 (UTC+04:00)
Bu gün Krımın Kerç şəhərində Yeryemenko küçəsində yerləşən stadionun yanında qadınların "Sülh uğrunda" mitinqi keçirilib.

ANS PRESS-in məlumatına görə, aksiyada əsasən Krım tatar qadınları iştirak ediblər. Daha sonra onların sırasına ruslar, ukraynalılar, polyaklar və s. millətlərin nümayəndələri qatılıblar. Bəzi qadınlar mitinqə uşaqları ilə birlikdə gəliblər. Mitinq iştirakçıları bölənməz Ukrayna uğrunda şüarlar səsləndiriblər.





AzNews.az