Timoşenko təcili yardımla xəstəxanaya gətirildi - Video

8 Mart 2014 19:59 (UTC+04:00)
Ukraynanın sabiq Baş naziri Yuliya Timoşenko dünən axşam saatlarda Almaniyaya gəlib.

"Axar.az" xəbər verir ki, Timoşenko paytaxt Berlində xəstəxanalardan birinə təcili yardım maşını ilə gətirilib və sağlıq durumunun yaxşı olduğu bildirilib. Məsələ ilə bağlı Timoşenkonun həkimləri mətbuat konfransı keçirib. Həkimlər qeyd ediblər ki, sabiq nazirin belində yırtıq var və bu səbəbdən iki ildir əziyyət çəkir. Həkimlər Timoşenkonun əməliyyat olunub-olunmayacağı ilə bağlı bir-iki günə qərar verəcəklər.




AzNews.az