“Forbes” jurnalının lisenziyası geri alınır

9 Mart 2014 08:44 (UTC+04:00)
ABŞ-ın "Forbes" jurnalı "UMN Gruop" nəşriyyat evinin lisenziyasını almağa çalışır. Anspress-in məlumatına görə, "Forbes"in baş ofisinin bu nəşriyyat evinin lisenziyasının geri alınması haqqında xəbəri ABŞ-da "Forbes" jurnalının nümayəndəsi Miya Karnobel təsdiqləyib.

Onun sözlərinə görə, jurnalın ABŞ-dakı naşirləri Ukraynadakı "Forbes" jurnalının vəziyyətini ətraflı surətdə araşdırıb. "Bir neçə ay əvvəl, biz yerli məsləhətçi tutduq və indi biz bizim lisenziya haqqında müqaviləmizi pozmağa hazırlaşırıq". Həmin nəşriyyat evinin sahibi Sergey Kurçenkodur.

Qeyd edək ki, Forbslar ailəsinin üzvü Migel Forbs nəşriyyat evini tərk edərkən jurnalın nəşri haqqında lisenziyanın Kurçenkoya verilməsini dəstəkləmişdi.

AzNews.az