Bakıda boru xətti zədələndi: neft yola dağıldı

10 Mart 2014 08:36 (UTC+04:00)
Bakının Xətai rayonunda boru xəttində yaranmış zədə səbəbindən ətrafa və avtomobil yoluna neft məhsulu dağılıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, boruda yaranmış sızmanın qarşısı aidiyyəti qurumlar tərəfindən alınıb.

Qəza aradan qaldırılana qədər yanğınsöndürənlər tərəfindən müxtəlif profilaktiki tədbirlər görülmüş və yanğın avtomobilləri hadisə yerində növbə çəkib.

Boruda yaranmış sızmanın səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

AzNews.az