Milli komandamızın rəqibləri bəlli oldu

11 Mart 2014 11:39 (UTC+04:00)
Bu gün İtaliyanın Parma şəhərində qadın voleybolçular arasında dünya çempionatının püşkatma mərasimi keçirilib.

Azərbaycan yığması püşkatmanın nəticələrinə əsasən D qrupuna düşüb.

Püşkatma Beynəlxalq Voleybol Federasiyasının prezidenti Doktor Ari Qrasa, İtaliya Voleybol Federasiyasının prezidenti Karlo Maqri, Təşkilat Komitəsinin prezidenti Karlo Salvatori və İtaliya Olimpiya Komitəsinin prezidenti Covanni Malaqonun iştirakı ilə baş tutub.

Millimizin də yer alacağı mundialda iştirakçı 24 komandadan 18-i bundan əvvəl bəlli olub. Yalnız Şimali Amerika zonasının ən yaxşı 6 komandası (NORSEKA) müəyyənləşməyib ki, onların hansı millilər olacağı iyunun əvvəllərində bilinəcək.

Millimiz D qrupunda Yaponiya, Çin, Belçika və Şimali Amerikanın 2 komandası ilə üz-üzə gələcək.

A qrupu: İtaliya, NORSEKA-2, Almaniya, Argentina, Xorvatiya, Tunis.
B qrupu: Braziliya, Serbiya, Türkiyə, NORSEKA-4, Kamerun, Bolqarıstan.
C qrupu: NORSEKA-1, Rusiya, Tailand, Hollandiya, Qazaxıstan, NORSEKA-6.

D qrupu: Yaponiya, Çin, NORSEKA-3, Belçika, NORSEKA-5, AZƏRBAYCAN.

Qeyd edək ki, bu ilin sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada keçiriləcək dünya çempionatının oyunları bu 6 şəhərdə baş tutacaq: Roma, Trieste, Verona, Bari, Modena və Milan.

Hər qrupda ilk 4 komanda növbəti qrup mərhələsinə vəsiqə qazanacaq.

AzNews.az