Həkimlər Zəlimxan Yaqubu əməliyyat etmədilər

11 Mart 2014 13:30 (UTC+04:00)

"Zəlimxan Yaqub əməliyyat olunmayacaq".

Bunu AzNews.az-a xalq şairi Zəlimxan Yaqubun həyat yoldaşı bildirib. Onun sözlərinə görə, Z.Yaqubun səhhəti yaxşıdır: "Neçə gündür ki, Zəlimxan Yaqub Almaniyadadır. Müayinə zamanı həkimlər onun səhhətinin yaxşı olduğunu deyib. Zəlimxan Yaqub dedi ki, bir neçə günə Bakıda olacaq. Müalicə yazıblar, onu da Bakıda aparacaq".

Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub böyrək xəstəliyindən əziyyət çəkir.

Bahar Rüstəmli
AzNews.az