Diasporumuzun deportasiya olunan tələbədən xəbəri yoxdur

11 Mart 2014 14:33 (UTC+04:00)

Diasporla İş üzrə Dövlət Komitəsinin Rusiyadan deportasiya olunan azərbaycanlı əlaçı tələbədən xəbəri yoxdur.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidmətinin rəhbəri Esmira Xəlilova verib. Onun sözlərinə görə, həmin tələbə haqqında təmsil etdiyi quruma heç bir məlumat daxil olmayıb. Buna görə də sözügedən problemdən xəbərsizdilər.

Qeyd edək ki, İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin dördüncü kurs tələbəsi Leyla Həsənli əsaslı səbəb göstərilmədən Rusiyadan deportasiya olunub. Dövlət universitetinin 4-cü kursunda təhsil alan Leyla Həsənli əlaçı və nümunəvi tələbə olub.

Amid
AzNews.az