Azərbaycan və Koreya arasında saziş imzalandı

11 Mart 2014 15:11 (UTC+04:00)
Bu gün Azərbaycan və Koreya hökumətləri arasında kredit alınmasına dair razılaşma sazişi imzalanıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Koreyanın ölkəmizdəki səfiri Çoy Sukin imzaladığı saziş "Pirşağı Çirkab Su Təmizləyici Qurğusu" layihəsinin tikintisi üçün Koreyanın İxrac-İdxal Bankının İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondundan 43,5 milyon ABŞ dolları həcmində kredit alınmasını nəzərdə tutur. Pirşağı Çirkab Su Təmizləyici Qurğusunun tikintisi ilə təmizlənmiş su kənd təsərrüfatı irriqasiyası üçün yenidən istifadə olunacaq.

İmzalanma mərasimində Azərbaycan ilə Koreya arasında ikitərəfli münasibətlərin bir çox sahələri əhatə etdiyi qeyd olunub, iqtisadi, mədəni, neft-kimya, enerji, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğulanıb.

AzNews.az