İranın Azərbaycandakı yeni səfirinin adı bəlli oldu

27 Avqust 2012 09:45 (UTC+04:00)


Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İranın Azərbaycandakı yeni səfiri Möhsün Pak Ain olacaq.
O, indiyədək ölkəsinin Tailand, Özbəkistan və Zambiyada səfiri olub.
Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhraminin səlahiyyət müddəti başa çatıb və o, bir müddət əvvəl Azərbaycandan gedib.

AzNews.az