İcra başçısının vəhabilərlə görüşündən - Açıqlama

11 Mart 2014 21:27 (UTC+04:00)
Bu günlərdə Xaçmaz rayon icra başçısı Şəmsəddin Xanbabayevin sələfilərin ibadət etdiyi Xaçmaz şəhər məscidinin bağlanması səbəbindən onlarla iş otağında görüşdüyü haqda xəbər vermişdik.


"Xeberdar.az" saytı görüşün hansı səbəbdən baş tutduğunu və onlarla hası mövzuda müzakirə aparılmasını öyrənmək üçün Xaçmaz rayon icra başçısı Şəmsəddin Xanbabayevlə əlaqə saxlayıb.İcra başçısı saytımıza açıqlamasında sələfiləri qəbul etdiyini və lazım olan qərarların qəbul olunduğunu bildirib."Onlar da bizim vətandaşlarımızdı, mənim qəbuluma düşmək üçün gəliblər və məndə qəbul etmişəm.Vəhabilərin ibadət etdiyi sözügedən məscidi 2005-ci ildə Xaçmaz şəhərinin mərkəzində mən titdirmişəm.O məscid tikilən vaxt belə söhbətlər yox idi.Son vaxtlar eyvanında problemlər yaranmışdı, damırdı və məndə onun yenidən təmir olunması üçün göstəriş vermişəm.Hal-hazırda da təmir işəri davam edir.Adlarını çəkdikləriniz şəxslər də orda ibadət edirdi, indi müvəqqəti dayanıb.Bir müddətdən sonra məscid hazır olacaq.Məsələ burasındadır ki, onlar burada məscid tikmək üçün məndən icazə istəyirlər.Mənimdə belə səlahiyyətim yoxdu.Bilirsizin ki, bu işlərlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları idarəsi məşqul olur. Ayın 15 də dini qurumlardan adamlar gələcək, onlar da görüşüb sözlərini deyəcəklər.Nə qərar qəbul oluncaq onu da edəcəyik.Hal- hazırda məscid təmir olunduğu üçün sünnilər də, şiyələr də evdə ibadət edirlər.Mənim rəhbərlik etdiyim rayonda bu məsələlərlə bağlı heç bir problem yoxdu.Onlar da məscidi təmir etdirdiyim üçün sevindilər.Narahatçılığa heç bir əsas yoxdu".

AzNews.az