Zaqatalada polis zabitini bıçaqlayan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
11 Mart 2014 22:35 (UTC+04:00)
 Zaqatalada polis zabitinə bıçaq xəsarətləri yetirən şəxsin kimliyi məlum olub.
Məlumata görə, cinayəti törədən Zaqatala şəhəri, Dağıstan küçəsi, ev 14-də yaşayan Camalov Ceyhun Camal oğludur.
 
Hüquq-mühafizə orqanlarından APA-ya verilən xəbərə görə, polis kapitanı Anar Zeynalova bıçaq xəsarətləri yetirən Camalov Ceyhun Camal oğlu hadisə yerindən qaçıb. Hazırda Camalovun istintaqa cəlb edilməsi istiqamətində axtarış-əməliyyat tədbirləri davam etdirilir.
 
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanıb. 
 
**** 20.24
 
Zaqatalada polis əməkdaşı bıçaqlanıb. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən xəbərə görə, axşam saat 19:35 radələrində Anar Zeynalov boğaz və kürək nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub.  O, hal-hazırda cərrahiyyə şöbəsindədir, üzərində əməliyyat aparılır. 
 
Onun vəziyyətinin ağır olduğu bildirilir.
 
Zaqatala rayon  hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Anar Zeynalov Zaqatala RPŞ əməkdaşıdır, kapitan rütbəsində sahə müvəkkilidir.
 
Hadisənin  təfərrüatları hələlik məlum deyil.
AzNews.az