ATƏT Krıma xəbərdarlıq etdi

12 Mart 2014 08:08 (UTC+04:00)
Martın 16-da Krım Muxtar Respublikasında keçiriləcək referendum Ukrayna konstitusiyasına zidd olduğu üçün qeyri-qanuni hesab ediləcək.

Ukrayna mətbuatının məlumatına görə, bunu sözləri İsveçrənin xarici işlər naziri, ATƏT sədri Didye Burkqalter deyib.

Burkqalter bildirib ki, Krımda keçiriləcək istənilən referendum Ukrayna konstitusiyasına və beynəlxalq hüquq normalarına uyğun keçirilməlidir.

ATƏT sədri tərəfləri konstitusiyayaya zidd addım atmaq fikirlərindən daşınmağa çağırıb.

azadlıq.info