Bakıda yanğın: “Sahil”in giriş-çıxışı bağlanıb- Yenilənib-3 (Fotolar+ Video)

12 Mart 2014 09:43 (UTC+04:00)
Bakıda məşhur ticarət mərkəzi yanır.

Bakıda "Sahil" Ticarət Mərkəzində yanğın baş verib. Yanğın tircarət mərkəzinin 3-cü mərtəbəsində başlayıb.(10.04)

***

Bakının mərkəzində yerləşən "Sahil" Ticarət Mərkəzində yanğın başlayıb.

AzNews.az-ın xəbərinə görə, tircarət mərkəzinin 3-cü mərtəbəsində başlayan yanğının qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin və Təcili Yardım Stansiyasının həkim briqadaları cəlb olunub.

Təhlükəsizliyin təmin olunması məqsədilə polis Mərkəzdən və ətrafdan evakuasiya tədbiri həyata keçirir.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AzNews.az-a bilirilib ki, onlarda hələlik xəsarət alanlar haqda dəqiq məlumat yoxdur.

Xatırladaq ki, "Sahil" Ticarət Mərkəzi eyni adlı metrostansiyanın üzərində yerləşir.(10.14)

***
"Sahil" Ticarət Mərkəzinin yerləşdiyi binanın yaşayış hissəsində, 7-ci mərtəbədə azyaşlı bir uşağın xilas edilməsi üçün hazırda tədbirlər görülür. Bildirilir ki, yanğın girişi bağladığından, uşağın xilas edilməsinə FHN texnikası cəlb edilib. Sakinlərin verdiyi məlumata görə, həmin azyaşlı uşaq Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun nəvəsidir. Yanğın ərazisindəki qatı tüstüdən hələlik yalnız bir nəfərin zəhərləndiyi bildirilir. Zəhərlənən sakin ilkin tibbi yardımdan sonra dərhal xəstəxanaya qaldırılıb. Bakı Metropoliteni "Sahil" stansiyasının giriş-çıxışını bağlayıb. Sərnişinlərin təhlükəsizliyi üçün metro qatarları artıq "Sahil" stansiyasında dayanmır.


AzNews.az