Rus əsgərləri Krımda 20 qızı zorlayıb- FOTO

12 Mart 2014 15:11 (UTC+04:00)
Rus hərbçiləri bu günə qədər 20 krımlı qızın namusuna toxunararaq, zorlayıblar.

"Axar.az"ın Ukrayna mediasına istinadən məlumat verir ki, ilk qurbanlar 15-16 yaş arası 2 simferopollu qız olub. Zorlanma martın 7-də Pnevmatiki rayonunda baş verib.

Yerli sakinlərin verdiyi məlumata görə, hər hansı cəzanı görməyən rus əsgərlərı aldıqları həzzdən sərxoş vəziyyətində gəzirlər. Valideynlər isə harasa şikayət etməkdən ehtiyat edirlər.

Verilən digər məlumata görə, hərbçilər həddlərini aşaraq, olduqca qəddar üsullara əl atırlar.

Elə dünən üç uşaq anası və milliyyətçə rus olan bir xanım Sevastopolun "Omeqa" istirahət mərkəzi yaxınlığında rus hərbçiləri tərəfindən vəhşicəsinə döyülüb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

AzNews.az