Nyu-Yorkda yaşayış binasında partlayış - 2 ölü, 17 yaralı

12 Mart 2014 20:57 (UTC+04:00)
Nyu-York şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bir neçə nəfər itkin düşmüş hesab edilir.

İlkin versiyaya görə, hadisə qaz sızması nəticəsində baş verib. Polis terror aktı versiyasını rədd edib.

Partlayış 5 mərtəbəli binada yerli vaxtla saat 10:00 radələrində olub. Hadisə yerinə 39 yanğınsöndürmə briqadası cəlb edilib.


AzNews.az