Ermənistandan Davutoğluya cavab

27 Avqust 2012 10:38 (UTC+04:00)


Ermənistan Xarici İşlər nazirliyinin mətbuat xidməti Qrabağ problemi ilə bağlı açıqlama verib. AzNews.az-ın armtoday.info saytına istinadən verdiyi xəbərə görə, bəyanatla Ermənistanın Xarici İşlər nazirinin müavini Şavarş koçaryan çıxış edib.

Şavarş Türkiyə Xarici İşlər naziri Əhməd Davutoğlunun "Qarabağ danışıqlar İstanbulda keçirilə bilər"- fikrinə cavab olaraq bildirib ki, Türkiyə Azərbaycanı danışıqları faktiki tərəf - Dağlıq Qarabağla aparmağa təşviq etsə, bu problemin həllinə daha müsbət təsir etmiş olar.

O, həmçinin bildirib ki, Türkiyə ən azı Azərbaycanın mövqeyini müdafiə etməkdən çəkinməli və danışıqların Minsk qrupu çərçivəsindən çıxarmaq cəhdlərini dayandırmalıdır.

Sadiq
AzNews.az