Minsk qrupunun həmsədrləri razılığa gəldilər

12 Mart 2014 21:48 (UTC+04:00)
ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ Münaqişəsi üzrə sülh prosesinin irəliləyişi üçün yüksək səviyyədə danışıqların keçirilməsinə dair razılığa gəliblər.

Məluamatına görə, bu barədə məlumat təşkilatın rəsmi saytında yerləşdirilib.

ATƏT-in Minsk qrupunun həmsədrləri səfir İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ) fevralın 22-dən martın 11-dək Parisdə və Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla bir sıra görüşlər keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik həmçinin iclaslarda iştirak edib.

Məlumata görə, həmsədrlər Vyanada 2013-cü ilin noyabrında Ermənistan və Azərbaycan prezidentlərinin görüşü zamanı qaldırılmış məsələlərin həlli üçün nazirlərlə işlərini davam etdirirlər.

Nazirlər yenidən həll olunmamış məsələləri həll etmək və prosesi irəli çəkmək arzusu olduğunu bildiriblər.
ATƏT-in MQ həmsədrləri əməkdaşlığın davamının əhəmiyyətini vurğulayıblar. Həmsədrlər növbəti ayda regiona səfər etməyi planlaşdırırlar ("Trend").