Sərhəddə yanğın

13 Mart 2014 09:42 (UTC+04:00)
Ağstafa rayonunda sərhəd zonasında yanğın olub.

AzNews.az-ın FHN-ə istinadən verdiyi məlumata görə, 30 ha sahədə kol-kos yanıb.

Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az