Tağı Əhmədovun əsas kadrı işsiz qaldı: “Hamımız havadayıq”

13 Mart 2014 10:17 (UTC+04:00)
"Azərtunelmetrotikinti"nin sədri Şaiq Əfəndiyev tutduğu vəzifədən azad olunub.

Qurumdan AzNews.az-a bildirilib ki, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradıldığına görə, hazırda qurumun idarə heyətindən tutmuş sıravi işçisinədək kimin hansı vəzifədə çalışacağı bilinmir: "Bizə dedilər ki, bu, iki ay müddətində bilinəcək. Şaiq Əfəndiyev də hələlik sədr vəzifəsində qalıb-qalmayacağı bəlli deyil. O, artıq bir neçə gündür işə də çıxmır. Burada hər kəs havadadır".

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılıb. Cəmiyyət Bakı Metropolitenin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçib.


Amin
AzNews.az