Qafqaz Universitetinin rektoru “Gülən məktəbləri”ndən danışdı – Özəl

13 Mart 2014 11:18 (UTC+04:00)
"Türkiyədə dərsanələrin bağlanması qərarının bizə heç bir aidiyyəti yoxdur".

Bunu AzNews.az-a açıqlamasında Qafqaz Universitetinin rektoru Əhməd Saniç deyib. Ə. Sanıç əlavə edib ki, Türkiyə prezidenti Abdullah Gülün məlum qərarının Azərbaycanda bu istiqamət üzrə fəaliyyət göstərən qurumlara şamil edilməsi də düzgün deyil: "Türkiyə ilə Azərbaycan ayrı-ayrı dövlətlərdir. Bunları bir-birləri ilə qarışdırmaq olmaz".

Xatırladaq ki, martın 1-də Türkiyə parlamenti "Fətullah Gülən məktəbləri" kimi tanın özəl hazırlıq kurslarının bağlanması haqqında qanun qəbul edib. Qanuna əsasən, 2015-ci il sentyabrın 1-dən Türkiyədə bütün özəl hazırlıq kursları bağlanacaq. Türkiyə Prezidenti Abdullah Gül qanunu təsdiqləyib.

Amid
AzNews.az