VHP Rusiya səfirliyi qarşısında piket keçirəcək

13 Mart 2014 11:20 (UTC+04:00)
17 mart 2014-cü il tarixində saat 15:00-da Vətəndaş Həmrəyliyi Partiyası və Dünya Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriləcək.

Partiyanın mətbuat xidmətindən AzNews.az-a daxil olan məlumata görə, piket Krım tatarlarına dəstək vermək məqsədilə təşkil ediləcək. Aksiyada Rusiyanın Krıma müdaxiləsini, Ukraynanın ərazi bütövlüyünün pozulmasına yönəlik cəhdləri pisləyən, Ukrayna xalqına və Krım tatarlarına dəstək xarakteri daşıyan şüarlar səsləndiriləcək.

Artıq piketlə bağlı mart ayının 12-də qanuna müvafiq olaraq VHP sədri Sabir Rüstəmxanlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktubla müraciət edib.

AzNews.az